Maksim Şevçenko ermənilərə İstanbuldan “dağ” çəkdi FOTO

Rusiyanın tanınmış ziyalısı, siyasətçi-telejurnalist və ictimai xadim Maksim Şevçenko ermənilərə, sözün əsl mənasında, “dağ” çəkib. SİA-nın məlumatına görə, Türkiyənin İstanbul şəhərinə gedərək, oradan videogörüntü edən Şevçenko bildirib ki, o, hazırda İstanbuldadır və arxasında Bosfor boğazı, Müqəddəs Sofiya məbədi, Sultan Əhməd məscidi dayanır.

“Buradan Qarabağ ətrafında və Cənubi Qafqazda aparılan siyasət perspektiv kontekstindən daha rahat görünür”, deyən Maksim xatırladıb ki, Azərbaycan Ordusu Prezident İlham Əliyevə Zəngilan şəhərinin və kəndlərinin azad olunması barədə raport verib və bu, o deməkdir ki, bütün aran Qarabağ torpağı erməni ordusunun, hansı ki, özünü “DQR”in silahlı qüvvələri adlandıran silahlıların işğalından azad edilib: “Prinsipcə, Azərbaycan Ordusu Şuşanı və Xankəndini rahat şəkildə azad edə bilər və düşünmürəm ki, erməni ordusu onlara mane ola bilərlər”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə