Qubad İbadoğlu: “Bu qərar Ermənisanda gözlənilən siyasi böhranı dərinləşdirə bilər” PROQNOZ

“Bu gün də Qarabağ üçün vacib proseslər baş verəcək. BMT Təhlükəsizlik Şurasında müzakirələrdən ciddi gözləntilər olmasa da, onun qərarından daha çox məyus qalan ermənilər və onların havadarları olacaq. Əsas odur ki, bu qərar Ermənisanda gözlənilən siyasi böhranı dərinləşdirə bilər". SİA xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, Azərbaycanın rəşadətli ordusunun igid əsgərləri sayəsində xəritədə qırmızı rəngdə olan bəzi rayonlar üzrə rəng dəyişikliyi baş verəcək: "Daha doğrusu, gözlədiyimiz sevindirici məlumatlar yayılacaq. Rəsmi xəbərləri izləyin. Qırmızı rəngin tam dəyişəcəyi gün də gələcək, nəzərə alın ki, öncə strateji obyektlər, infrastruktur və hərbi texnika sıradan çıxarılır, sonra ərazilər yağılardan təmizlənir. Darıxmayın, o gün də gələcək".

Rövşən RƏSULOV

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə