"Vətəndaşların sağlamlığı dövlətimizin ən ümdə vəzifəsidir” ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan dövləti ümumbəşəri problem olan COVİD-19-la əlaqədar olaraq olduqca effektiv işləri görməkdədir. Biz Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələrini nəzərə almaq şərtilə vətəndaşın sağlamlığına və vətəndaşın qorunması üçün yönəlmiş addımlar haqqında məlumatları bir daha ölkə başçısının dilindən eşitdik". Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

"Bu gün birmənalı olaraq onu deyə bilərik ki, ölkəmizdə itkilərin az olması və yoluxma sayının azalması üçün effektiv metodlar öz bəhrəsini verməkdədir. Yerləşdiyimiz regionda, dünyada, bir çox ölkələrdə yenidən yoluxmanın artması, risklərin çoxalmasına baxmayaraq, Azərbaycanda bu nailiyyətlər, göstəricilər stabilləşərək öz normal axarına düşüb. Eyni zamanda cənab Prezidentin hər bir məsələdə vətəndaş mövqeyini öndə tutması, cəmiyyətin çağırışlarına xüsusi önəm verməsi nəticəsində vətəndaşların COVİD-19-la mübarizəyə fərqli yanaşması, nizam-intizamla qaydalara riayət etməsi əlbəttə ki, bizi risklərdən sığortalayır. Biz artıq mərhələli şəkildə pandemiya ilə əlaqədar yumşalma qərarlarının şahidi oluruq. Artıq tədris bərpa olunub, ictimai nəqliyyatın stabil olaraq fəaliyyətini seyr edirik. Ümidvarıq ki, növbəti mərhələlərdə də qapalı idman yarışları üçün idman zallarının və ev şənliklərinin keçirilməsi üçün qaydalar çərçivəsində icazənin verilməsinə nail ola biləcəyik. İnşAllah bu gedişatla dövlətimiz bu bəlaya tezliklə qalib gələcək. Azərbaycan dövlətinin aparıcı tibb sahəsindəki vaksinlə işləyən şirkətlərlə, o cümlədən ölkə daxilindəki aidiyyatı tibb qurumlarına xüsusi tapşığırı onu göstərir ki, ölkəmiz gələcəkdə vaksini də əldə edəcək. Bu barədə məlumatların zaman-zaman cəmiyyətə verilməsi bir daha onu göstərir ki, vətəndaşın sığortalanması, sağlamlığı dövlətimizin ən ümdə vəzifəsidir”-deyə, R.Abbasov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...