Paşinyan COVİD-19-a təsilm oldu! ANALİTİK

Erməni ekspert: “Mövcud hakimiyyət koronavirusla mübarizə məsələsində bütün prosesləri uduzub”

Ermənistan hakimiyyəti COVID-19-la mübarizədə açıq-aşkar təslimçilik cinahından çıxış edir. Belə ki, ölkədə hər gün sürətlə artan virusun qorxulu epidemiya halına gəlib-çıxması, xüsusilə baş nazir Nikol Paşinyanın Facebook sosial şəbəkəsi ilə çıxdığı canlı yayımda 4 iyun statistikasına görə, “Bizdə pis xəbərlər var. 697 yeni yoluma qeydə alınıb, 6 nəfər ölüb və digər xəstəliklərdən də əziyyət çəkən 9 koronaviruslu pasient həyatını itirib”, etirafını etməsi və vəziyyətin nəzarətdən çıxdığını bildirməsi ölkədəki situasiyanı gözlər önünə sərməkdədir.

Artıq erməni ictimai rəyi də SOS siqnalını verərək, hakimiyyətin virusla mübarizədə acizliyini bildirir, əsasən də, əsas günahkar kimi Paşinyanı göstərirlər.

Arutyun Mesropyan: “Hələ mart ayında mən hakimiyyətə publik şəkildə antiböhran təkliflərini təqdim etmişdim”

SİA panorama.am-istinadən xəbər verir ki, Ermənistanın İctimai komitəsinin sabiq üzvü, idarəetmə üzrə ekspert Arutyun Mesropyan hesab edir ki, onlar (ölkə vətəndaşları) bifurkasiya nöqtəsindən keçirlər. O, adıçəkilən sayta müsahibəsində hökuməti hədəfə alaraq bildirib ki, nə özü, nə də digərləri dövlətin tənzimləmə düşüncəsi və bilgisinə sahib deyillər, dövlət isə əlini-qolunu sallayaraq yalnız cüzi tədbirlər görür, bu isə onu göstərir ki, fəlakət öz hədəflərinə çatır. Polisin, digər strukturların və parlamentin tamamilə yanlış planlar üzərində işlədiyini deyən erməni eksperti deyib: “Belə vəziyyət bizdə 1991-ci ildən davam edir, heç nə zamanında öz yerinə qoyulmayıb. Hələ mart ayında mən hakimiyyətə publik şəkildə antiböhran təkliflərini təqdim etmişdim. Xüsusilə komendaturanın işinin tənzimlənməsi məsələsini qaldırmışdım. KİV-lər də bunu yazmışdılar. Əlbəttə, gözlənildiyi kimi təkliflərimə qulaq asmadılar və təkrar edirəm, bizdə dövlət idarəçiliyi bilgiləri, bu baza ətrafında standartlar mövcud deyil”.

Ermənistan bifurkasiya nöqtəsindədir

Mesropyan mövcud siatuasiyanın daha əvvəldən gözlənildiyini deyib və bildirib ki, hələ koronavirus pandemiyası dünyanı bürüməmişdən əvvəl də hakimiyyəti bir sıra məsələlərdə agah edərək, siyasi idarəçiliklərini korrektə etməyə çağırıb: “2018-ci ilin aprelində mən xəbərdarlıq edirdim ki, bifurkasiya nöqtəsinə çatırıq, lakin mövcud hakimiyyət mənə qulaq asmadı. Mən publik şəkildə 2016-cı ilin 31 martında da bu barədə demişdim, nəticədə dördgünlük aprel müharibəsi baş verdi. 2008-ci ildə mən məlumat verdim ki, qan töküləcək. Mənim tərəfimdən deyilən sözlərə etinasızlıq göstərildi... İndi də xəbərdarlıq edirəm ki, biz bifurkasiya nöqtəsinə çatırıq. Nəinki xəbərdarlıq edirəm, hətta mərhələli qaydada bu məsələnin diqqətə alınmasını tələb edirəm”

Erməni ekseprt bütün günahların bilavasitə Nikol Paşinyanın üzərində olduğunu bildirib də qeyd edib ki, mövcud hakimiyyət koronavirusla mübarizə məsələsində bütün prosesləri uduzub.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...