"Əfv sərəncamı vətəndaşa yönələn siyasətin göstəricisidir" Komitə sədri

“Bütün dünya belə bir pandemiya ilə rastlaşacağını gözləmirdi. Bu gün faktiki olaraq beynəlxalq əlaqələr donmuş vəziyyətdədir. Ancaq yenə də Azərbaycanın beynəlxalq mövqeyi çox güclüdür”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına münasibət bildirən komitə sədri qeyd edib ki, ümumiyyətlə, ölkə başçısının və I vitse-prezidentin siyasəti insanlara yönəlmiş siyasətdir: “Bu gün biz əlimizdən gələni etməliyik ki, insanlarda məmnunluq hissi yaradaq. Bürokratik əngəlləri aradan qaldırmaq, daha çevik olmaq lazımdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə