Misirdən Hillari Klintona təşəkkür

ABŞ-ın dövlət katibi Hillari Klinton, Misirin baş naziri Əhməd Şəfiq ilə telefon danışığı aparıb. SİA-nın məlumatına görə, baş nazir Şəfiqin Hillari Klintona, dünya birliyinin və rəsmi Vaşinqtonun, Misirə verdiyi dəstəkdən duyulan məmnuniyyəti dilə gətirdiyi qeyd edilib.

ABŞ-ın dövlət Departamenti, Klintonun Portuqaliya, İngiltərə və Almaniyanın xarici işlər nazirlərilə də telefon danışığı apararaq Orta Şərqdəki olayları dəyərləndirdiyini bildirib.

Digər tərəfdən, Hüsnü Mübarəkin Qırmızı Dənizdəki Şarm əş-Şeyxdə olduğu və telefon danışıqları apardığı irəli sürülüb

Bütün xəbərlər Facebook səhifəmizdə