Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin direktoru Azərbaycana gəlib

İsveçrə Konfederasiyasının Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin (GCSP) direktoru, səfir Fred Tanner Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olub və qurumun direktoru Elxan Nuriyevlə görüşüb. SAM-dan SİA-ya verilən xəbərə görə, E. Nuriyev qonağı SAM-ın fəaliyyəti, nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və layihələr haqqında məlumatlandırıb.

 

Görüş zamanı Azərbaycan və İsveçrə arasındakı əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında da fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə