Elmar Məmmdəyarovla Edvard Nalbadyan görüşü aprel hadisələrindən sonra baş tutacaq ən ağır müzakirələr olacaq. İndiki vəziyyətdə danışıqların hansısa nəticə verəcəyini gözləmək sadəlövlük olardı. Ən azından Fizuli rayonun Alxanlı kəndində törədilən vəhşilik işğalçının sülh istəmədiyini aydın sübut edir. İrəvan növbəti dəfə təxribata əl atmaqla görüş öncəsi vəziyyəti daha da ağırlaşdırmış oldu. Bəs onda diplomatiyanın tükəndiyi bir vaxtda nazirlərin bir araya gəlməsindən nə gözləmək olar?

Bütün prossesləri diqqətdən keçirən zaman belə nəticə çıxır ki, Məmmədyarovla Nalbadyanın yenidən üz-üzə oturması münaqişənin sülh yolu ilə həlli istiqamətində Bakının İrəvana verdiyi son şansdır. Bu həm də Azərbaycanın böyük müharibə öncəsi beynalxalq təşkilatlara axırıncı mesajı da ola bilər. Hər bir halda Elmar Məmmədyarovun açıqladığı kimi, İrəvanın daha şansı qalmayıb. İşğalçı dalana dirənib. Ermənistanın ön xəttə provakasiyalara əl atması da məhz bu səbəbdəndir. Axı istənilən diversiya həmləsinə Azərbaycan tutarlı cavab verir. Dolayısı ilə cəhbədə vəziyyət pik həddə çatıb və belə olan halda dipplomatik təmaslar dondurulmuş olur.

Ssenari Azərbaycana yaxşı tanışdır. Reallıq ondan ibarətdir ki, İrəvanın pozucu siyasəti daha işləmir. Bənzər həmlələrlə "status-kvo"nu uzatmaq, Azərbaycanı atəşkəsi pozmaqda günahlandırmaq kimi manevrlər artıq keçmir. Son hadisələrdən sonra Ermənistanın daha da təklənməsi Dağlıq Qarabağ münaqişəsində İrəvanı olduqca çıxılmaz vəziyyətdə qoyub. İstənilən bəhanə işğalçının əleyhinə işləyəcək. Qalır müzakirələrdə açıq və səmimi olmaq. Düzdür, erməni xislətinə "səmimi" sözü yad olsa da Sarkisyan və onun komandasının başqa çıxış yolu qalmayıb. Müharibənin Ermənistan üçün hansı nəticələr doğuracağını da İrəvanda artıq yaxşı başa düşübər.

Birmənalı şəkildə deyə bilərik ki, Məmmədyarov Nalbadyandan Sarkisyanın sülhə hazır olub-olmadığını soruşmayacaq. Məmmədyarov görüşə nəbz yoxlamaq üçün getmir. Azərbaycanın konkret tələbi var. Bölgədə sülh əldə olunacaqsa, onun ilk şərti İrəvanın bufer zonası kimi istifadə etdiyi ətraf rayonların azad olunmasıdır. Məhz bundan sonra Dağlıq Qarabağın gələcək statusunu müzakirə etmək üçün masa arxasına əyləşmək olar.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə