...Avropa Komissiyası Avropa İttifaqına polad idxal kvotalarını azaltmaq və eyni zamanda idxal rüsumlarını 25-dən 50 faizə qaldırmaq qərarına gəlib.
SİA-nın məlumatına görə, “Bloomberg” xəbər verir ki, bu barədə Avropanın sənaye üzrə komissarı Stefan Sejourne bildirib.
Bütün polad kateqoriyaları üçün ümumi kvota 18,35 milyon tona qədər azalacaq ki, bu da 2024-cü ildəkindən orta hesabla 43,7 faiz aşağıdır.
...Bu, Avropada görünməmiş çox sərt təklifdir.
Bunu Avropa komissarı bildirib.
Onun sözlərinə görə, yeni qoruyucu tədbirlər çərçivəsində Avropa İttifaqında istehlak edilən poladın yalnız 10 faizi rüsumsuz idxal olunacaq.
...Sejourne vurğulayıb ki, bu tədbirlər qlobal bazarda poladın artıqlığı ilə mübarizəyə və Avropa istehsalçılarının maraqlarının qorunmasına yönəlib.
Avropa Komissiyası qeyd edir ki, yeni məhdudiyyətlər istehsal gücü həddindən artıq olan ölkələrdən, xüsusən də Çindən tədarükün əhəmiyyətli dərəcədə artmasına cavabdır. Agentlik qeyd edib ki, ArcelorMittal SA və Voestalpine AG kimi avropalı polad istehsalçılarının səhmləri keçən həftə xəbərlər üzərinə yüksəlib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə