ABŞ texnologiya yarışında artıq qalib gəlib. Yaponiya ilə uzun müddətdir davam edən rəqabət nümunəsi Çinlə mübarizədə vacibdir.
…Vaşinqtonda həyəcan yenidən artır. Amerikalı siyasətçilər Çinin süni intellektdən tutmuş robot texnikasına qədər əsas texnologiyalarda ABŞ-ı keçəcəyindən ehtiyat edirlər. Oxşar qorxular Yaponiyanın təhlükə hesab edildiyi 1980-ci illərdə də səslənmişdi. O zaman Tokio yenilməz görünürdü - Yapon avtomobilləri və elektronikası qlobal bazarda hökmranlıq edirdi, ABŞ isə tənəzzülə məhkum görünürdü.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Foreign Affairs yazır.
Bununla belə, 1990-cı illərin ortalarında Amerika elastiklik və açıq bazar sayəsində yenidən irəlilədi. ABŞ proteksionizm əvəzinə rəqabət və innovasiyaya önəm verdi. Məhz bu, ölkəyə kompüter əsrinin lideri olmağa və Yaponiyanı sıxışdırmağa imkan verdi.
Bu gün ekspertlər xəbərdarlıq edirlər ki, Vaşinqton keçmişin dərslərini unudur. ABŞ Prezidenti Donald Trampın texnoloji şirkətlərə qarşı tələbləri və Çinə çip ixracına tariflərin tətbiqi daxil olmaqla, sərt müdaxilə siyasəti Amerika uğurunun əsas mənbəyini – dinamik, açıq iqtisadiyyatı sarsıtmaq təhlükəsi yaradır.
Yaponiya təcrübəsi göstərir ki, biznes-hökumət koordinasiyasına əsaslanan model yalnız inkişaf mərhələsində effektivdir.
Çin bu gün bu yolla gedir: dövlət subsidiyaları, özəl sektora nəzarət və mərkəzləşdirilmiş idarəetmə innovasiyaların azalmasına və məhsuldarlığın durğunluğuna gətirib çıxarır. Analitiklərin fikrincə, əsas dərs özünü dünyadan bağlamaq deyil, müttəfiqlərlə əlaqələri gücləndirmək və rəqabəti dəstəkləməkdir.
Birləşmiş Ştatlar nəhənglərin nəzarəti altında deyil, Microsoft-dan Google-a qədər yeni şirkətlərə müstəqil böyüməyə icazə verdikdə qalib gəldi.
Çinə uduzmamaq üçün Amerika “iqtisadi qala” qurmamalı, onu həmişə güclü edəni qorumalıdır: açıqlıq, rəqabət və innovasiyaya inam…
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə