İran saytı Ermənistana: “Uşaqları qətlə yetirən vəhşi rejim”

İranın “Yol Press” saytı Ermənistanın Füzuli rayonunun Alxanlı kəndini artilleriya atəşinə tutması nəticəsində 2 yaşlı Azərbaycan vətəndaşı Zəhra Quliyevanın öldürülməsi haqqında yazıb. Yazıda Ermənistan hökuməti “uşaqları qətlə yetirən vəhşi rejim” adlandırılıb. Qeyd olunub ki, işğalçı Ermənistanın silahlı bölmələri atəşkəsi pozaraq Azərbaycanın dinc əhalisini hədəfə alır.

Sayt “Teleqram” sosial şəbəkəsində “Zəhra üçün dua et” kompaniyasına başlayıb.

İran ictimaiyyəti ermənilər tərəfindən azyaşlı uşağın qətlə yetirilməsindən hiddətlənib. “Yol Press” saytında balaca Zəhranın öldürülməsi ilə bağlı verilən xəbərin altında yazılan şərhlər bu hiddəti göstərir.

Şərhlərdə Ermənistan lənətlənərək Azərbaycan torpaqlarının işğalçısı kimi göstərilir. Qeyd olunub ki, ermənilərin 2 yaşlı uşağı və onun nənəsini öldürməsi insanlığa sığmayan hərəkətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə