MSK saat 15:00-a olan məlumatı açıqladı

Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzi Milli Məclisə keçirilən seçkilərin saat 15:00-a olan nəticələrini açıqlayıb. SİA-nın məlumatına görə, mərkəzin müdiri Rüfət Gülməmmədov kütləvi informasiya vasitələrinin diqqətinə çatdırıb ki, saat 15:00-dək seçicilərin 2230750 nəfəri səsvermədə iştirak edib.

Mərkəz rəhbərinin sözlərinə görə, saat 15:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 42,9 faiz təşkil edib.

Qeyd edək ki, səsvermənin başlandığı saatdan indiyə qədər Mərkəzi Seçki Komissiyasının 115 nömrəli "qaynar xətt"inə ümumi 58 müraciət daxil olub. Həmin müraciətlər seçki məntəqələrinin ünvanlarının öyrənilməsi üçün edilib. Hazırda qanun pozuntuları ilə bağlı MSK-ya heç bir müraciət daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə