Gəncə və Daşkəsəndə Ulu Öndər anılıb

Respublikamızın hər yerində olduğu kimi, Gəncə və ətraf rayonlarda da Ulu Öndər Heydər Əliyevin vəfatının il dönümü anılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə şəhərində görkəmli siyasi xadimin xatirəsi şəhərin baş meydanında ucaldılan abidənin ziyarəti ilə başlayıb. Sabah saatlarından etibarən on minlərlə insan Ulu Öndərin abidəsinin ətrafında toplaşıb. İcra Aparatının rəhbərliyi və bir sıra rəsmilərin də iştirak etdiyi anım mərasimində Ulu Öndərin abidəsi önünə əklil qoyulub. Ardından şəhər ictimaiyyəti, sadə vətəndaşlar abidəni ziyarət edib və dünya şöhrətli siyasi xadimin abidəsi önünə gül dəstləri düzülüb.

Daşkəsən rayonunda da Azərbaycan Respublikasının qurucusu və memarı Ümummilli Lider Heydər Əliyev hörmətlə yad olunub. İcra Aparatının rəsmiləri, ziyalılar dahi siyasi xadimin abidəsini ziyarət edib, öz hörmət və ehtiramlarını ifadə ediblər. Ardından Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən Ümummilli Lider Heydər Əliyev muzeyinə baş çəkiblər. Burada Ulu Öndərin keçdiyi şərəfli ömür yolu, ölkəmizin işıqlı gələcəyi naminə gördüyü işlər bir daha yad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...