Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məhsulların çeşidləri 658-ə çatdırılıb - FOTOSESSİYA

Müdafiə Sənayesi Nazirliyi yaradıldığı qısa müddət ərzində ölkədə 42 istehsal sahəsi yaradılıb, istehsal olunan müdafiə təyinatlı məhsulların çeşidləri 658-ə çatdırılıb. Bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov bildirib.


Camalov qeyd edib ki, il ərzində istehsal olunan müdafiə təyinatlı məhsulların çeşidləri demək olar ki, 228 çeşid artıb.


"Bundan əlavə, bu il istehsal sahəsində dünyanın aparıcı dövlətlərindən gətirilən texniologiya, avadanlıqlar və cihazlar nəticəsində beynəlxalq standartlara cavab verən müdafiə təyinatlı məhsullar istehsal edilib", -nazir qeyd edib.


O, gələn il müdafiə sənayesi sənayesi sahəsində böyük layihələrin həyata keçiriləcəyini də nəzərə çatdırıb.


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2005-ci ilin 16 dekabrında Müdafiə Sənayesi Nazirliyi yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə