"Soydaşlarımızın geri qayıtması strateji məsələdir" - ŞƏRH EDİLDİ

“Ermənistan 30 ildir ki, Azərbaycan ərazisini işğal altında saxlayırdı. Bu işğal dövründə həmin əraziləri yerlə-yeksan elədi. Orada olan infrastruktur dağıldı, evlə sökülüb talan olundu. Bütün mədəniyyət abidələri, evləri, məktəblər, iş yerləri olan zavod və fabriklər dağıdıldı. Qeyri-rəsmi hesablamalara görə, Azərbaycana təxminən 300-400 mrld dollar həcmində ziyan vurub. Bu ziyan istər sosial, istər ekoloji sahədə olsun və digər sahələrdə Ermənistan dövləti Azərbaycana ziyan vurmuşdur. 44 günlük Vətən müharibəsinin nəticəsində Azərbaycan işğalçıları öz ərazisindən çıxartıqdan sonra bu ərazilərdə yenidənqurma prosesi Prezident İlham Əliyevin nəzarəti altında dövlət proqramları həyata keçirilir. Çünki qaçqınların dədə-baba yurdlarına mütləq qayıtması üçün ilk növbədə infrastruktur, sosial problemlər həll olunmalıdır”. Bu sözləri siyasi şərhçi Azad Məsiyev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu baxımdan dövlət səviyyəsində işğaldan olunmuş ərazilərin abadlaşdırılması prosesi gedir: “Buna baxmayaraq Ermənistan 30 il ərzində ərazilərə çoxlu şəkildə mina basdırmışdı ki, bu təmizlənmə prosesi isə vaxt tələb edir. Vaxta isə yerli ərazilərin bərpasına maneə olur. Təbii ki, dövlət səviyyəsində bu proseslər həyata keçirilir və dövlət başçısının daim diqqətindədir. Qaçqınların doğma torpaqlarına geri qayıtması uzun prosesdir, bunu bir gündə, yaxud bir ildə həll etmək qeyri-mümkündür. Hesab edirəm ki, bu Prezidentin diqqət mərkəzində olan sahədir. Bu abadlıq işlərinə külli miqdarda vəsaitin ayrılması və Azərbaycan dağıdılmış əraziləri bərpa etməsi öz daxili imkanları hesabına aparır. Bu da uzun müddətli prosesdir ki, dövlət səviyyəsində icra olunur. Soydaşlarımızın geri qayıtması strateji məsələdir. Çünki qaçqınların əsas toplanış yeri Bakı şəhəridir. Bu vəziyyət şəhərin idarə olunmasında problem yaradırdı”.

Şərhçi hənçinin qeyd edib ki, bölgələrin inkişafı soydaşlarımızın geri qayıtması vacib məsələdir ki, bu da həyata keçirilməkdədir: “Hesab edirəm ki, 2030-cu ilə qədər "Böyük köç" proqramı üçün Prezident bəzi qurumlara xüsusi tapşırıqlar verib ki, həmin tapşırıqlar layiqincə həyata keçirilir. Ümumilikdə işğal altında olan bölgələr yenidən qurulur. Orada olan strukturların yaradılması vaxt tələb edir və vaxt ərzində qurumlar üzərinə düşən məsələləri layiqincə həyata keçirməlidir. Çünki ilk növbədə bu Prezidentin diqqət mərkəzindədir, ikincisi isə bu milli və qürur məsələdir.

Həmçinin Prezdentin bu bölgəyə tez-tez səfəri onu göstərir ki, bu bölgə dövlətin daim diqqətindədir. Eyni zamanda xaricdən gələn qonaqların istər rəsmi, istərsə də qeyri-rəsmi nümayəndələr bu bölgəyə aparılması və işğalda olan dövrlə indiki dövrün fərqini bir daha dünya ictimaiyyətində təqdim edilməsinin məqsədi ondan ibarətdir ki, ermənilərin Azərbaycana vurduğu vəhşiliyi beynəlxalq aləmə göstərmək, eyni zamanda problemlərimizi özümüz həll etməsini çatdırırıq ki, beynəlxalq aləm bu prosesdə Azərbaycana dəstək vermədi”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə