Azərbaycanın Rusiyaya yeni səfiri təyin edilib

Azərbaycanın Rusiyaya yeni səfiri təyin edilib. SİA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısnın imzaladığı sənədə əsasən, Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezidentin imzaladığı digər sərəncama əsasən, R.Mustafayev Azərbaycanın Niderlanddakı səfiri vəzifəsindən geri çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə