"Xankəndi, Xocalıya uzaqdan baxmayacaq, içindən keçəcəyik" - EFQAN ALA

"Bu il bir az daha bəxtiyaram". SİA xəbər verir ki, bu sözləri AK partiya sədri müavini Efqan Ala deyib.

Onun sözlərinə görə, çünki artıq Şuşadan, Xari bülbül diyarından geri dönərkən Xankəndiyə, Xocalıya uzaqdan baxmayacaq, içindən keçəcəyik: "Bu tarixi uğura imza atan Azərbaycan türklərinin, canım qardaşlarımı canı könüldən təbrik edirəm. Bu, hamımıza verilən böyük hədiyyədir. Canımız, qardaşımız Azərbaycanın torpaq bütövlüyünü, təhlükəsizliyini, eyni zamanda ölkəmizin selülitinin də açarı kimi də görürəm.

İllərlə Azərbaycan torpaqlarının haqsız, hüquqsuz işğalına qarşı birlikdə mübarizə apardıq. Bütün dövlət adamlarımız və diplomatlarımız hər platformada bu savaşın müdafiəçiləri oldular. Onsuz da, vəzifələri idi. Bir-birimizə məsuliyyətimizi, qardaşlığımızın üzərinə düşən vəzifələri həyata keçiririk. Birinci Qarabağ savaşında torpaqlarından sürgün edilən, həyatlarını itirən qardaşlarımızın xatirələrini həmişə gündəmdə tuturuq. Bu diplomatik müddətləri ona görə qeyd edirəm ki, diplomatika və siyasət bambuk ağacı kimidir. Bambuk ağacı illərdən sonra səbrlə eyni baxımdan sonra böyüyər. Siyasət də belədir. Eyni yerdə durmuş kimi görənə bilərik, amma israr edincə, 30 il sonra 44 gündə Qarabağ kimi zəfərə imza atarsınız".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə