Xuraman Muradovanın "Ay Laçın, can Laçın" kitabı Türkiyədə işıq üzü gördü

Bu, "Sənə məktub yazacam..." adlı mahnısıyla türk dünyasına səs salan şairənin ikinci kitabıdır

"Sənə məktub yazacam..." adlı mahnısıyla türk dünyasına səs salan Xuraman Muradovanın Türkiyənin Ankara şəhərində "Ay Laçın, can Laçın" adlı türkün türkcəsində ikinci kitabı işıq üzü görüb. Bu barədə iş adamı X.Muradova özünün "Facebook" hesabında paylaşım edib.

"“Ay Laçın Can Laçın” kitabım qardaş Türkiyədə, Ankara şəhərində həyatıma günəşin doğuşu kimi sevgilərlə gəldi!!!
Zəhməti keçən hər kəsə çox təşəkkürlər!", - deyə iş xanımı vurğulayıb.

Qeyd edək ki, Xuraman Muradova tanınmış sahibkar, xeyirxah iş adamı, "Milan" Hospitalının yaradıcısı və direktotu, Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə İLESAM-ın üzvü, Türk Dünyası Araşdırmalar Akademiyasının fəxri professoru və Qızıl medalçısı, Türkiyə Onur Medalı laueratı, "Vektor"Beynəlxalq Elmlər Akademiyanın fəxri professoru, "Humay" Milli mükafatı laureatı, "Sənə məktub yazacam..." adlı mahnısının müəllifidir. Eyni zamanda Xuraman Muradova hamımızın bildiyimiz kimi hər zaman qazilərimizin, şəhid ailələrinin müayinə və müalicələrinə dəstək olan, Ali Baş Komandanımız İlham Əliyevin siyasətini hər zaman bir əsgər kimi dəstəkləyən şərəfli, qeyrətli iş insanıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə