Koronavirusla mübarizədə yüz faiz effektli dərman tapıldı

İsrailin Aleksandr Zilberman adına Bioloji Elmlər İnstitutunun alimləri, koronavirusla mübarizədə, demək olar ki, yüz faiz effektli olan dərman tapdıqlarını bəyan ediblər. SİA xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri məlumat yayıb.

Yerli mütəxəssislərin dediyinə görə, bu preparatlarda ateroskleroz və xərçəng müalicəsində istifadə olunan maddələrin olduğu da qeyd olunur.

İsrailli professor Şaya Arkinin dediyinə görə, əldə edilən preparatlardakı dəqiq nəticələri təsdiq etmək üçün yerli mütəxəssislər müxtəlif variantlı bir neçə test də aparıblar.

Qeyd edək ki, hazırda israilli alimlər aparılan testlərin həyata keçirilməsinə kömək edəcək dərman ortağı axtarırlar.

Xatırladaq ki, bir müddət bundan əvvəl Federal Translational Tibb Tədqiqat Mərkəzinin yüksək təhlükəli infeksiyalar laboratoriyasının rəhbəri Aleksandr Çepurnov, koronavirusun müalicəsində hansı dərmanların kömək edə biləcəyini söyləmışdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə