Aeroportdakı kran qəzasında ölən və yaralanan şəxsin kimliyi bilindi

Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb, ölən və yaralanan var. SİA xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə,Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.

Rəsmi məlumata görə, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.

"Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb", - məlumatda qeyd edilib.

Ölən şəxs paytaxt sakini Prokofyev İqor Vladimiroviç, xəsarət alan şəxs isə Nuriyev Zaur Tofiq oğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...