Avtomobilə konstruksiya dəyişikliyi edən sürücü saxlanılıb

İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

SİA xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlərlə avtomobildə konstruksiya dəyişikliyi edən sürücü, rayon sakini Ş.İsgəndərli idarə etdiyi nəqliyyat vasitəsilə saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilib.

Yol patrul xidmətinin əməkdaşları qayda pozuntusuna yol vermiş gənclə izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət etməyin vacibliyini bildiriblər. Qaydaları pozan sürücü barəsində qanunamüvafiq tədbir görülüb və o, 150 manat məbləğində cərimə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə