Kalininqrad vilayətinin Qvardeyski bölgəsində sərxoş kişi birgə yaşadığı qadını yuxuda xoruldadığına görə boğub öldürüb. SİA bu barədə rus mətbuatına istinad edir.

İstintaq Komitəsinin bölgə üzrə idarəsindən 44 yaşlı yerli sakinin günahını artıq etiraf etdiyi və bu günlərdə məhkəməyə çıxarılacağı bildirilir.

İstintaqa rəfiqəsi ilə mübahisənin xoruldaması səbəbindən baş verdiyini söyləyən kişi, qadını oyatdıqdan sonra qadının ona kobud cavab verdiyini bildirib.

Qeyd edək ki, öldürdüyü 38 yaşlı qadının cəsədini elə həmin gecə qayığa qoyub çaya atmağı planlaşdıran kişiyə, qonşular mane olub. Belə ki, qadının cəsədini torbaya qoyub qayığa aparmaq istəyən kişi barədə qonşular polisi məlumatlandırıb.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Nijni Novqorod vilayətinin Kudman kəndindəki evlərin birində öldürülən nənə, baba və onların qızları ilə 5 yaşlı nəvələrinin cəsədi tapılıb. Qatillət isə hələ də axtarılır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə