Mərdəkan qəsəbə sakininin həyətindən çətənə kolları götürülüb

Mərdəkan qəsəbə sakini D.Əkbərovun həyətyanı sahəsindən 9 ədəd çətənə kolu götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mərdəkan qəsəbə sakini D.Əkbərovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə