Salyanlının həyətindən 17 ədəd çətənə kolu aşkarlandı

Salyan rayon sakini A.Şirinovun kultivasiya yolu ilə yetişdirdiyi çətənə kolları götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Salyan RPŞ və Rayon Mühafizə Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qardılı kəndi ərazisində Qırxçıraq qəsəbə sakini A.Şirinovun kultivasiya yolu ilə yetişdirdiyi 17 ədəd çətənə kolu aşkar edilərək götürülüb

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə