Göygöldə qadın dərmandan zəhərlənib

Göygöldə zəhərlənmə faktı qeydə alınıb.

SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində baş verib.

1982-ci il təvəllüdlü Məmmədova Rəna Kamil qızı zəhərlənmə diaqonuzu ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qadın yaşadığı evdə fosfor tərkibli dərman içib.

Onun dərmanı hansı səbəbdən içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə