Biləcəridə “BMW” piyadanı vurub öldürdü

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol qəzası olub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, fevralın 21-də saat 02:00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Cəfərli idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Xırdalan şəhər sakini Tural Abbasovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...