Məişət tullantıları yanğına səbəb oldu

Bakıda məişət tullantıları yanğına səbəb olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda 10 kv.m sahədə məişət tullantıları yanıb və yüksək temperaturdan yaxınlıqdakı ofisin xarici divarına quraşdırılmış kondisionerin mühərrik hissəsi əriyib. Yaxınlıqdakı mağaza və ofis yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə