Azərbaycanda İran vətəndaşı beynəlxalq axtarışa verildi

Azərbaycanda narkotik qaçaqmalçılığında təqsirləndirilən İran vətəndaşı beynəlxalq axtarışa verilib.

SİA-nın məlumatına görə, 42 yaşlı Ahmadzadə Dehgan Tohid narkotik vasitələrin qanunsuz dövriyyəsi və mütəşəkkil dəstə yaratmaqla qaçaqmalçılıqda təqsirləndirilir.

Azərbaycan istintaq orqanı Ahmadzadə Dehgan Tohid barəsində cinayət işi başlasa da, o, istintaqdan yayınıb. Həmin şəxs barəsində məhkəmə qərarı ilə həbs qəti imkan tədbiri seçilib və o, İnterpol vasitəsi ilə beynəlxalq axtarışa verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə