Beynəlxalq Maliyyə Fondu 2022-ci ilə dair inkişaf proqnozunu yenilədi

Beynəlxalq Maliyyə Fondu – İMF 2022-ci ilə aid qlobal iqtisadi inkişaf proqnozunu 4,9 faizdən 4,4-ə salıb.

SİA xəbər verir ki, İMF “Dünyanın iqtisadi görüntüsü hesabatı”nı paylaşıb.

Hesabatda qlobal iqtisadiyyatın 2022-ci ilə gözləniləndən daha zəif girdiyinə diqqət çəkilib.

2021-ci ildə 5,9 faiz böyüdüyü təxmin edilən qlobal iqtisadiyyatın 2022-ci ildə 4,4 və 2023-cü ildə 3,8 inkişafının gözlənildiyi qeyd edilir.

İMF 2021-ci ilin oktyabrında yaydığı hesabatda qlobal iqtisadiyyatın 2022-ci il üçün 4,9 faiz böyüyəcəyini nəzərdə tutmuşdu.

Hesabatda Türkiyənin 2022-ci ilə böyümə təxmini 3,3 faiz olaraq qorunduğu, 2023-cü ildə isə 3,3 faiz inkişaf edəcəyi proqnozlaşdırılıb.

ABŞ iqtisadiyyatının böyümə gözləntisi 2022-ci il üçün 5,2 faizdən 4-ə salınıb, 2023-cü il üçünsə 2,2 faizdən 2,6-a çıxarılıb.

Avro bölgəsi iqtisadiyyatının bu ilə bağlı inkişaf proqnozu 4,3 faizdən 3,9-a endirilib, 2023-cü il üçünsə 2 faizdən 2,5-ə yüksəldilib.

* Almaniyanın 2022-ci ilə bağlı inkişaf proqnozu 4,6 faizdən 3,8-ə,

* Fransanın 3,9 faizdən 3,5-ə,

* İtaliyanın 4,2 faizdən 3,8-ə,

* İspaniyanın 6,4 faizdən 5,8-ə,

* İngiltərənin 5 faizdən 4,7-ə,

* Çinin 5,6 faizdən 4,8-ə,

* Rusiyanın 2,9 faizdən 2,8-ə çəkilib.

Hindistan iqtisadiyyatının isə bu ilə dair böyümə gözləntisi 8,5 faizdən 9-a çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...