ABŞ-ın əsas fond indekslərindən biri olan “Dow Jones”, yeni omikron koronavirus ştamının yayılması ilə bağlı xəbərlər fonunda 2,5 faiz dəyərdən düşərək 34,899,34 səviyyəsinə enib.

Qeyd edək ki, bu 2020-ci ilin oktyabrından bəri indiyədək ən pis göstəricidir.

Digər əsas ABŞ indeksləri də əhəmiyyətli dərəcədə azalıb.

SİA xəbər verir ki, “Nasdaq” elektron birjasının indeksi 2,2 faiz enərək 15 491,66 bəndə, “Standard & Poor 500” indeksi 2,3 azalaraq 4 594,62 bəndə düşüb.

Hər üç indeks üçün bu, bütün ticarət tarixində “Qara Cümə” günündə ən əhəmiyyətli enişdir. Adətən bu gün istehlakın kəskin sıçrayışı birjalara müsbət təsir göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...