Avropa-Qafqaz-Asiya dəhlizindən daşınmış yüklərin həcmi 4,2 milyon ton olub

Yanvarda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 4,2 milyon ton, yük dövriyyəsi isə 915,6 milyon ton-kilometr olub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata əsasən, yüklərin 2,8 milyon tonu və ya 65,4 faizi avtomobil nəqliyyatı, 1 milyon tonu və ya 25,4 faizi dəmir yolu nəqliyyatı, 396,4 min tonu və ya 9,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 17,8 faizini və ya 763,9 min tonunu tranzit yüklər təşkil edib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə