Sərgən Yalçın - "Beşiktaş"ın yeni baş məşqçisi

"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşib.

SİA "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisini Sərgən Yalçın çalışdıracaq. Klub prezidenti Ahmet Nur Çebi "Yeni Malatyaspor"dan ayrılan mütəxəssislə görüşüb. Tərəflərin 1,5 illik müqavilə imzalanmasında razılaşdıqları bildirilir.
Qeyd edək ki, 47 yaşlı mütəxəssis futbolçu karyerasına "Beşiktaş"da başlayıb. O, 1991/1997 və 2002-2006-cı illərdə "qara qartallar"da oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə