Azərbaycan Novorossiysk və Ceyhan limanlarından xam neft ixracını azaldıb

Bu ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiysk limanından (Qara dəniz, Rusiya) 159 425 ton, Supsa limanından (Qara dəniz, Gürcüstan) 161 449 ton, Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) isə 1 847 706 ton xam neft ixrac edib.


ARDNŞ-dan SİA-ya verilən məlumata görə, aprel ayında Novorossiysk limanından ixrac olunmuş xam neftin həcmi əvvəlki aya nisbətən 2,8%, Supsa limanından 2,5 dəfə, Ceyhan limanından isə 2,8% azalıb.


Ümumilikdə, cari ilin yanvar-aprel ayları ərzində Novorossiysk limanından 656 313 ton, Supsa limanından 1 050 042 ton, Ceyhan limanından isə 7 016 730 ton xam neft ixrac edilib. Ötən ilin analoji dövrünə nisbətən Novorossiysk limanından ixrac olunmuş xam neftin həcmi 7,7%, Ceyhan limanından 10,5% azalıb, Supsa limanından isə 11,4% artıb.


Qeyd edək ki, ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-a məxsus xam neft həcmlərini əks etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə