“Büdcə kəsiri nəzarət altındadır, yəni...

Xəzinə və maliyyə naziri Mehmet Şimşək Türkiyənin həyata keçirdiyi iqtisadi siyasətdə bir ildə böyük irəliləyiş əldə edildiyini bildirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Mehmet Şimşək İngiltərədə “Chatham House” tərəfindən təşkil edilən konfransda çıxış edərək deyib: “Türkiyə alıcılıq paritetinə görə dünyanın 11-ci ən böyük iqtisadiyyatıdır. 2023-cü ildə baş verən zəlzələlərdən sonra büdcədə böyük kəsir yaranmışdı. Amma bu bir il ərzində iqtisadiyyatda əhəmiyyətli irəliləyişlərin əldə edildi.

Türkiyə risk baza səviyyəsindən təxminən 250 baza xala qədər azalmışdı. Mərkəzi Bankın ehtiyatları 2023-cü ilə nisbətən 70 milyard dollar artıb. Büdcə kəsiri nəzarət altındadır. Yəni hər sahədə irəliləyiş qazanmışıq.

Türkiyədə investisiya mühiti yaxşılaşdırılıb. İqtisadi proqram proqnozlaşdırıla bilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə