Ölkədəki qurumların xərci niyə azaldılır? - İQTİSADÇI DANIŞDI

"Prezident Neftçala səfərində büdcəmizin üç milyard manat artırılacağı ilə bağlı fikir səsləndirmişdi. O, qeyd etmişdi ki, əsas məbləğlər işğaldan azad olunmuş ərazilərin bərpasının sürətləndirilməsinə, müdafiə qabiliyyətimizin möhkəmləndirilməsinə yönləndiriləcək". Bu sözləri SİA-ya verdiyi açıqlamada iqtisadçı-ekspert Xalid Kərimli bildirib.

O, qeyd edib ki, ilkin rəqəmlərə baxsaq, Qarabağın bərpasına ilin əvvəlində 3 milyard manat ayrılmışdı, indi həmin rəqəm bir az da artırılaraq 5.3 milyard manat olacaq, müəyyən sahələrdə xərclərin azaldılmasına gəldikdə isə 2023- cü ilin büdcəsi ötən il ərzində hazırlanıb: "Proses 2022-ci ilin mart ayından başlanıb və həmin ilin dekabr ayında təsdiq olunub. Bu beş aylıq müddət ərzində müəyyən rezervlər, nəzərdə tutulan işlər üçün ehtiyatlar yaradılıb, sazlanıla bilər.

Məsələn, səhiyyə xərclərində pandemiya şəraitinə görə müəyyən ehtiyatlar yaradılıb. Lakin pandemiya elan edilmədi və bu məsələlərə əvvəlki qədər büdcə ayırmağa ehtiyac yoxdur. Ümumiyyətlə büdcə xərclərinin bütün elementlərinə tək-tək baxmasaq, analiz etməsək sadəcə mülahizələr irəli sürə bilərik. Ümumi şəkildə biz artıq beş ayı geridə qoymuşuq və aiddiyyatı nazirliklər, qurumlar və Maliyyə Nazirliyi bu xərclərin hansının edilib-edilməməsini nəzərdən keçirirlər və buna uyğun olaraq təxirə salınabilən və ehtiyac olmayan xərc normaları ləğv edilir və büdcənin artırılması nəzərdə tutulur. Bunun üçün də mənbələrdən biri məhz ilin birinci rübündə toplanılan əlavə yığımlardır. Bir də digər istiqamətlərdə zəruri hesab edilməyən və aktuallığını itirən bəzi xərclərin ləğv edilməsidir".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə