Amerika Birləşmiş Ştatları Venesuelanın Mərkəzi Bankı və Nikaraquanın “Corporativo” bankına (digər adı BANCORP) qarşı yeni sanksiyalar tətbiq edib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Bundan əlavə, Venesuela üzrə sanksiya siyahısına iki fiziki şəxs də əlavə edilib. Bunlar Nikaaraquadan Orteqa Murillo və Venesueladan Ruzza Teran.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton Mayamidəki çıxışı zamanı müvafiq sanksiyaların tətbiq olunmasını təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...