"Aqrar sığorta haqlarının 10 faizi özəl sığorta şirkətlərinə çatacaq"

Aqrar sığorta haqlarının 10 faizi özəl sığorta şirkətləriən çatacaq Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatında subsidyia verilən sahələrin mütləq qaydada sığortalanmasını təklif edir “Aqrar sığorta haqqında” qanun layihəsinə əsasən tətbiq olunacaq sistemin əsas detalları açıqlanıb. SİA-nın məlumatına görə, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsi zaman Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Mirzə Əliyev bildirib ki, aqrar sahədə sığorta dövlət və özəld tərəfdaşlığı əsasında qurulacaq.

O deyib ki, ilk dəfə Azərbaycanda müştərək sığorta sistemi yaradılacaq: “Burada əslində sonda heç kim mənfəət qazanmır. Özəl şirkətlər olduğu halda aqrar sığorta orqanı niyə yaradılır? Kənd təəsrrüfatında risklər böyükdür və bu sahə özəl sektorun marağında deyil. O səbəbdən də aqrar sığorta qurumu yaradılacaq və bu, səhmdar cəmiyyət şəklində olacaq. Bu aqrar sığorta orqanının səhmdarları lisenziyaya malik özəl sığorta şirkətləri olacaq. Bu şirkətlər müəyyən normalara cavab verən şirkətlər olmalıdır. Özəl sığorta şirətləri üçün satışın, yəni sığorta haqqının 10 faizi həcmində bonus nəzərdə tutulur. Sığorta edən aqrar sığortanın baha olmasına, Aqrar Sığorta Fondu isə fermerlərin marağını qorumağa çalışacaq. Bərdənin hansısa kəndinə dolu düşərsə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatları yaradılacaq elektron sistemdə yerləşdiriləcək və bu barədə əlavə sual yaranmayacaq, fermerdən bunu sübut etmək tələb olunmayacaq”.

M. Əliyev bildirib ki, aqrar sahədə sığorta sistemi üçün müəyyən müddət dövlət büdcəsindən sübsidiyalaşdırma vacibdir: “Özəl sığorta şirkətləri aqrars ahədə sığortalanmanı həyata keçirə bilərlər. Amma özəl sığorta şirkətləri sığortanı özləri aparacaqlarsa, onlara bu halda subsidiya verilməyəcəık. Bu da aqrar sahədə sığorta sisteminin gələcəkdə davam etməsi üçündür. Əks halda risksiz sahələri özəl sığorta şirkətləri sığortalayacaq, riskli sahələr isə dövlətin üzəroində qalacaq. Nəticədə, dövldət büdcəsi üçün böyük problemli kredit portfeli yaranacaq".

M.Əliyev istixanaların və kənd təəsrürfatı texnikalarının aqrar sığorta predmetinə çevrirmək böyük mübahisə mövzusu oldu: “Kənd yerlərində əhalinin sayı çoxdur və onlarda ənd təsərrüfatı texnikası çoxdur. Bu ilin bir ayı ərzində təxminən 522 ədəd kənd təsərrüfatı texnikası satılıb. Bunları aqrar sığorta predmetinə çevirmək gələcəkdə icbari sığorta bazarı sahəsində durğunluğa yol açardı. Ona görə də kənd təsərürfatı sahəsində istehsal olunan məhsulları, bitkiçiliyi sığorta predmeti seçdik. Biz də düşünürük ki, gələcdə subsidyia alacaq sahənin mütləq qaydada sığortalanmasını subsidiya qaydalarına qoymaq və bunun vasitəsi ilə sığortalanmanı stimullaşdırmaq vacibdir. Dövlət tərəfindən lizinqə verilən texnika və damazlıq heyvanları mütləq qaylada sığortalanmalıdır və sığortalanır. Qanunda beynəlxalq mütəxəssisəlrin cəlb olunması da yer alıb. Çünki Azərbaycanda hələ bu sahədə mütəxəssislər yetişməyib. Ona görə də yaxın gələcəkdə bizə xarici mütəxəssislər lazım olacaq ”.

Agentlik sdəri vurğulayıb ki, dövlətin yaradacağı aqrar sıtğorta orqanının təkrar sığorta vasitəsi ilə riskləri digər istiqamətlərə yönəldəcəyini söyləyib: “Yalnız katostrafik risklər olduğu halda dvölətdən əlavə vəsait tələb oluna bilər. Bizdə əvvəlki qanun niyə işləmirdi? Bu, risklə bağlı idi. İdarəetmə xərclərini məhdudlaşdırmışıq ki, müştərək sığorta mexanizmi işləsin. Əksm halda idarəedici şirkət özəl şirkətlərdən ibarət oluduğ üçün idarəetmə xərclərini artıra-artıra gedərlər və Aqrar Sığorta Fonduna yığılmış vəsaitdən heç vəsait qayıtmaz. Burada nəzarətlə əlaqədar hətta Apelyasiya Şurası da yaradıla bilər. Bu sahədə hər haensı probleminy aranacığını düşünmürük. Vəsaitlərin 10 iş günündə zərər çəkmiş fermerə verilməsi də vacibdir, çünki əks halda bu məsələnin aylarla uzandığını görürük”.

M.Əliyev son illlər təbii fəlakətlər zamanı zərər hesablanarkən əsas diqqətin insanların əmlakına dəyən ziyana yönəldiyini söyləyib: “Bir çox zallarda tarlalara dəyən ziyan hesablanmyaıb və bu sahədə statistika yoxdur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə