"Aqrar sığorta üçün ilkin mərhələdə 9 milyon manata ehtiyac olacaq”

"Azərbaycanda aqrar sığortanın tətbiqi üçün ilkin mərhələdə təxminən 9 milyon manat nizamnamə kapitalına ehtiyac olacaq”. SİA-nın xəbərinə görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Aqrar sığorta haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Bu sahədə subsidiyalaşdırma üçün 1-ci il 8,5 milyon manat, 2-ci il 10 milyon manat, növbəti illərdə 12,5-13 milyon manat vəsait lazım olacaq. Aqrar sığorta mezanizminin tam gücü ilə işləyəcəyi 10-cu ildən sonra isə həmin məbləğ azalacaq. Çünki bu növ sığorta özünü maliyyə cəhətdən təmin edəcək”, - deyə agentlik sədri qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə