Rusiya iqtisadiyyatına qarşı səkkizinci sanksiyalar paketi...

Avropa İttifaqı ölkələri fevral ayında Ukraynaya müdaxiləyə görə Rusiya iqtisadiyyatına qarşı səkkizinci sanksiyalar paketini təsdiqləyib. Buraya neftin müəyyən edilmiş qiymət həddindən artıq daşınmasına qadağa, polad məmulatların, plastiklərin və bəzi kimyəvi maddələrin idxalına məhdudiyyətlər daxildir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ruslara daha Avropa kripto pul kisələrindən istifadə qadağan ediləcək.

Avropa Şurasının saytında bildirilir ki, Avropa şirkətlərinə Rusiyaya İT və hüquq xidmətləri göstərmək, memarlıq və mühəndislik layihələri hazırlamaq qadağan olunacaq. Rusiyaya mülki silahların və hərbi maşınların- aviasiya sənayesində istifadə olunan məhsulların genişləndirilmiş siyahısının ixracı qadağan ediləcək.

Rusiyadan kağız və ağac kütləsi, siqaret, plastik və kosmetika idxalı qadağan ediləcək. Ukraynanın Zaporojye və Xerson vilayətlərinin Rusiyanın nəzarətində olan ərazilərində istehsal olunan hər hansı malın idxalı qadağan olunacaq.

Sanksiya siyahısı genişləndirilərək Rusiyanın nəzarətində olan ərazilərdə Ukraynadan geri çəkilmə ilə bağlı referendumun təşkilində iştirak edən şəxslər, müdafiə sənayesi nümayəndələri və müharibə haqqında dezinformasiya yayan şəxslər daxil ediləcək. Avropa İttifaqı vətəndaşlarına Rusiyanın nəzarətində olan bəzi təşkilatlarda rəhbər vəzifələr tutmaq qadağan ediləcək. Rusiya Dəniz Gəmiçilik Reyestrinə qarşı sanksiyalar tətbiq olunacaq.

Qeyd edək ki, bu təşkilat Rusiya sahiblərinə məxsus mülki gəmiləri qeydiyyata alır və onların texniki baxışını həyata keçirir.

Yeri gəlmişkən, sanksiyaların ətraflı siyahısı Avropa İttifaqının rəsmi jurnalında dərc ediləndən sonra qüvvəyə minəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə