"İan" qasırğası miqrant gəmisini batırdı - 23 nəfər itkin düşdü

Kubadan sonra ABŞ-ın Florida ştatını da əhatə edən “İan” qasırğası fəlakətlərə səbəb olmağa başlayıb. SİA xəbər verir ki, Florida ştatında kubalı mühacirlərin olduğu qayıq qasırğa nəticəsində batıb. ABŞ Sərhəd Xidməti 23 nəfərin itkin düşdüyünü açıqlayıb.

Açıqlamada ABŞ Sahil Mühafizəsi əməkdaşlarının itkin düşən 23 nəfər üçün axtarış-xilasetmə əməliyyatına başladığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə