Hindistanın Manipur əyalətində iyunun 30-da baş verən torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 37-yə yüksəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, əlverişsiz hava şəraitinə baxmayaraq bölgədə axtarış-xilasetmə işləri 4 gündür davam etdirilir.

Son 3 həftədir davam edən yağışlar Hindistanın 8 əyalətində və 45 milyon əhalisi olan şimal-şərqdə və qonşu Banqladeşdə böyük fəsadlara səbəb olub. Assam, Manipur, Tripura və Sikkim şəhərləri də daxil olmaqla, bölgədə leysan yağışlar nəticəsində baş verən sel və torpaq sürüşmələrində 100-dən çox insan həyatını itirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə