Avtobus qəzası nəticəsində azı 19 nəfər həlak olub - PAKİSTANDA

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində azı 19 nəfər həlak olub, 12 nəfər yaralanıb. SİA Sinxua agentliyinə istinadla xəbər verir ki, qəzaya sürücünün yağışlı havada sürəti artırması və idarəetməni itirməsi səbəb olub. Zərər çəkənlər yerli xəstəxanalara aparılıb, onların bir neçəsi ağır vəziyyətdədir.

Agentliyin məlumatına görə, Bəlucistan əyalətinin paytaxtı Kvettadan İslamabada gedən avtobusda 30 nəfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə