Qərb Ukrayna silahlı qüvvələrini modernləşdirir

Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrinin uzun müddətdə modernləşdirilməsinə razılıq verdilər.

Bu barədə “RİA Novosti” xəbər verir ki, bu, Ukraynanın müdafiəsi üzrə əlaqə qrupunun iclasından sonra Hollandiyanın Müdafiə naziri Kais Olllegren tərəfindən bildirilib. SİA bu barədə “rambler”ə istinad edir.

Qeyd edək ki, hollandiyalı nazır ukraynalı həmkarı Aleksey Reznikovun Ukraynadakı vəziyyət haqqında yenilənmiş məlumatlar təqdim etdikdən sonra bu qərara gəlindiyini bildirib: “...Hərbi yardımımızı gücləndirməyə və Ukrayna ordusunu uzun müddətdə modernləşdirməyə razılıq verdik".

Bunu Olllegren Twitter-də yazıb.

Hollandiyalı nazırin dediyinə görə, Ukraynaya hərbi yardım göstərməsi üçün əlaqə qrupu, NATO və Avropa Birliyinin 40-dan çox ölkəsinin nümayəndələri daxildir.

Onlayn formatda keçirilən qrupun ikinci iclasında Ukrayna müdafiə naziri Aleksey Reznikov və Ukrayna kəşfiyyat xidmətlərinin nümayəndələri də iştirak etdilər.

Qrupa sədrliyi Lloyd Ostin edib.

Qeyd edək ki, qrupun ilk iclası aprelin 26-da Ramşteində baş tutmuşdu.

Xatırladaq ki, Almaniyada yerləşən Ramştein hava bazası ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin qərargahı və NATO bazalarından biridir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə