KXDR-də son sutkada daha 263 000 nəfərdə qızdırma əlamətləri aşkar edilib.

SİA-nın əldə etdiyi məlumata görə, "Yonhap" agentliyi xəbər verir ki, ayın əvvəlindən bu simptoma yoluxanların sayı 1,97 milyon nəfərdir.

Yoluxanlardan 1,23 milyon nəfər sağalıb, təxminən 740 min nəfər müalicə olunur. Ötən sutkada 1 nəfər vəfat edib və ölənlərin sayı 63 nəfərə çatıb.

Yonhap agentliyi bildirir ki, kütləvi Covid-19 testi götürmək mümkün olmadığı üçün yalnız simptomlu xəstələr uçota alınır.

Bütün xəbərlər Facebook səhifəmizdə