Yeni qayda fevraladək qüvvədə olacaq.

Sanksiya səbəbindən ehtiyat hissə qıtlığı yaşanan Rusiyada avtomobil istehsalı normaları yüngülləşdirilib.

SİA APA-ya istinadən xəbər verir ki, hökumətin yeni qərarı ilə avtomobillərin sertifikatlaşdırılması şərtləri asanlaşdırılıb. Yeni qayda ABS kimi bir çox detal olmayan nəqliyyat vasitələrinin istehsalına imkan verir.

Kommersant qəzetinin xəbərinə görə, avtomobillərin ekoloji normaları da aşağı salınaraq 1988-ci il səviyyəsinə qaytarılıb.

Yeni qayda fevraladək qüvvədə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə