Terror tәşkilatı YPG/PKK Afrin qәsәbәsinә hücum etdi

Separatçı terror tәşkilatı YPG/PKK-nın Suriyanın Afrin qәsәbәsinә tәşkil etdiyi hücum nәticәsindә 4 mülki vәtәndaş hәlak olub, 20 nәfәr dә yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, terror tәşkilatı YPG/PKK Tel Rıfat bölgәsindәn ‘‘Zeytun budağı’’ әmәliyyatı nәticәsindә terrorçulardan tәmizlәnәn Afrin qәsәbәsinin Meryemin bölgәsinә hücum tәşkil edib.

Hücum nәticәsindә xәsarәt alanlar әtrafdakı xәstәxanalara yerlәşdirilib.

‘‘Zeytun budağı’’ әmәliyyatı nәticәsindә Afrindәn çıxarılan terrorçular Tel Rıfat bölgәsindәki öz mövcudluğunu davam etdirir.

Türkiyә Suriya Milli Ordusunun dәstәyi ilә 2018-ci ilin 18 mart tarixindә Afrini terrorçulardan tәmizlәmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə