Belə getsə, ermənilər ac qalacaqlar?..

Ermənistan iqtisadiyyatında görünməmiş inflyasiya qeydə alınıb

...Ermənistan iqtisadiyyatı daha bir görünməmiş inflyasiya qeydə alıb. Belə ki, ermənilərin Statistika Komitəsinin bu gün açıqladığı məlumata görə, 2021-ci ilin yanvar-noyabr aylarında inflyasiya davam edərək artıq 7,1 faizə çatıb.

Erməni saytının yazdığına görə, noyabrda inflyasiya təkcə illik ifadədə (9,6 faiz) deyil, həm də cari ilin oktyabr ayı ilə müqayisədə də (1,7 faiz) qeydə alınıb. Bu yüksək inflyasiya isə əhalinin gəlirlərinin və iqtisadi fəallığın azalması fonunda xüsusilə narahatedicidir.

Yəni belə başa düşülür ki, indi ermənilər xaricidəki “işbazları” da çağırıb özlərinə qoşaraq işğal etdikləri Azrbaycan ərazilərini daha talan edə bilmirlər deyə, indi də dilənməyə başlayıblar... Təbii ki, erməni saytı bunları yazmır.

...Yazır ki, 2021-ci ilin noyabr ayında ötən ilin müvafiq ayı ilə müqayisədə ərzaq məhsullarının qiymətləri 16,9 faizdən çox, geyim-ayaqqabı 12,1 faiz, nəqliyyat 8,5 faiz, səhiyyə 4,5 faiz və s. bahalaşıb.

Ərzaq və alkoqolsuz içkilər üzrə 2021-ci ilin noyabr ayında 2020-ci ilin müvafiq ayı ilə müqayisədə respublikada inflyasiya 16,9 faiz, 2021-ci ilin oktyabr ayı ilə müqayisədə isə 3,7 faiz təşkil edib. Qiymətlərin bahalaşmasına əsasən meyvə-tərəvəz inflyasiyası səbəb olub - 4,8 və 16,4 faiz.
Erməni mətbuatının etirafına görə, ərzaq qiymətlərinin qalxması gəlirlərinin böyük hissəsini onlara xərcləyən yoxsullara birbaşa zərbədir. Guya...

...Daha sonra da başlayıblar köhnə palan içi eşməyə ki, nə bilim, ötən ilin dekabrında yumurtanın birini bazardan filan drama alardıqsa, indi həmən drama daha yumurta da satmırlar. Yəni yumurtanın qiyməti ötən illə müqayisədə xeyli bahalaşıb.

Daha sonra nə bilim bazarda bahalıqdır deyə, donuz ətinə yaxın düşmək olmur və hətta kənd təsərrüfatı məhsullarını belə almağa dramları çatmır.

Ermənilərin dediyindən belə başa düşülür ki, belə getsə, onlar tezliklə hamısı açından ölüb gedəcəklər.

Amma maraqlıdır ki, görən onların yaşayış səviyyəsinin niyə bu həddə gəlib çatdığını özlərinə sual kimi verirlərmi? Bəlkə də, aralarında bu sualı vermədən belə cavabını bilənlər var.

Amma neyləyəsən ki,.. ilan qabığını dəyişsə də amma xasiyyətini dəyişmir...deyim ki, elə ermənilər və onların yürütdüyü terrorist siyasəti kimi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə