“Türkiyənin ixracat siyasətini görmək istəyən Qaziantepə baxsın”

Qaziantepin Qurtuluşunun 100-cü İlində 100 Xeyriyyəçi Təhsilə Dəstək Kampaniyası Mükafat Mərasimində çıxış edən R.T.Ərdoğan deyib...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin ixracat siyasətini görmək istəyənin Qaziantepə baxmasını söylədi.

SİA xəbər verir ki, Qaziantepin Qurtuluşunun 100-cü İlində 100 Xeyriyyəçi Təhsilə Dəstək Kampaniyası Mükafat Mərasimində çıxış edən R.T.Ərdoğan deyib: “Qaziantəp bölgədə və dünyada nümunə götürüləsi bir inkişaf modelidir.

İnkişafın əsas şərtlərindən biri təhsilli, yetişmiş və qabiliyyətli iş qüvvəsidir.

Bizim tək istəyimiz: ixracat, ixracat və yenə ixracat. Və biz bunu bacaracağıq.

Sərmayə, məşğulluq, istehsal, ixracat üzərində qurulan siyasətimizin ətə-sümüyə bürünmüş halını görmək istəyən Qaziantepə baxsın."

Bütün xəbərlər Facebook səhifəmizdə