“Türkiyənin ixracat siyasətini görmək istəyən Qaziantepə baxsın”

4 Dekabr 2021 00:48 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin ixracat siyasətini görmək istəyənin Qaziantepə baxmasını söylədi.

SİA xəbər verir ki, Qaziantepin Qurtuluşunun 100-cü İlində 100 Xeyriyyəçi Təhsilə Dəstək Kampaniyası Mükafat Mərasimində çıxış edən R.T.Ərdoğan deyib: “Qaziantəp bölgədə və dünyada nümunə götürüləsi bir inkişaf modelidir.

İnkişafın əsas şərtlərindən biri təhsilli, yetişmiş və qabiliyyətli iş qüvvəsidir.

Bizim tək istəyimiz: ixracat, ixracat və yenə ixracat. Və biz bunu bacaracağıq.

Sərmayə, məşğulluq, istehsal, ixracat üzərində qurulan siyasətimizin ətə-sümüyə bürünmüş halını görmək istəyən Qaziantepə baxsın."