Türkiyədə 2 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyənin Şırnak əyalətində "Eren-13" antiterror əməliyyatı çərçivəsində 2 PKK üzvü zərərsizləşdirilib.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, terrorçular Qabar Dağı rayonunda "J-SİHA" pilotsuz uçuş aparatı və aviasiya dəstəyi ilə zərərsizləşdirilib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə